"Çelsi"nin sabiq oyunçusu "Liverpul"a transfer ola bilər

"Liverpul" "Çelsi"nin sabiq futbolçusu Kristian Pulişiçi transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi yayda "Milan"a rəsmi təklif göndərəcək.

Bu haqda insayder Nikola Şıkira məlumat yayıb.

Qeyd edək ki, K.Pulişiç cari mövsüm meydana çıxdığı 20 matçda 10 qol, 2 asistlə yadda qalıb.