Çempionatın bərpa olunacağı vaxt bilindi

Koronavirus səbəbindən yarımçıq qalan Şotlandiya çempionatında fasilə müddəti uzadılıb.

Sportline.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yüksək liqada oyunların iyunun 10-dan tez bərpa olunmayacağı bildirilib.

Ötən gün federasiya rəhbərliyinın klublarla birgə keçirdiyi videokonfransda futbolçuların, məşqçilərin və digər işçi heyətinin təhlükəsizliyi naminə bütün futbol qarşılaşmalarının iyunun 10-na qədər təxirə salınmasına qərar verilib.

Xatırladaq ki, daha əvvəl ölkə çempionatlarının taleyinin səsvermə yolu ilə müəyyənləşəcəyi haqda xəbər yayılmışdı.