Çempionatın bərpa tarixi rəsmən açıqlandı

Türkmənistanın futbol çempionatında yeni mövsümün bərpa vaxtı açıqlanıb.

Sportline.az Türkmənistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, martın 20-də koronavirus pandemiyası üzündən dayandırılmış yarış aprelin 19-da davam etdiriləcək.

Həmin vaxt IV turun bir oyunu olacaq, “Altın-Asır” – “Kopetdaq” görüşü baş tutacaq. “Nebitçi” – “Energetik”, “Mərv” – Aşxabad”, “Ahal” – “Şaqadam” qarşılaşmaları isə aprelin 20-də təşkil olunacaq.

28-ci Türkmənistan çempionatı 8 klubun iştirakı ilə 4 dövrədən ibarətdir. İlk iki dövrə iyunun 13-dək davam edəcək. 

Hazırda turnir cədvəlinə 3 oyunda 7 xal toplayan “Kopetdaq” başçılıq edir. Növbəti pillərdə isə “Ahal” (6 xal) və “Altın Asır” (4) qərarlaşıb.