Çempionatın bərpa tarixi uzadıldı
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə ABŞ çempionatının bərpa müddəti uzadılıb.
Sportline.az xəbər verir ki, MLS rəhbərliyi çempionatın başlamasının iyunun 8-dək uzudıldığını açıqlayıb.
Qeyd edək ki, MLS-də çempionat koronavirusa görə dayandırılıb, yarış ilk olaraq aprelin 13-dək, sonra isə mayın 10-dək təxirə salınmışdı.