Çempionatın yekunlaşacağı tarix açıqlandı

Futbol üzrə Fransa Liqa 1-in  cari mövsümü iyulun 25-də yekunlaşacaq. 

Sportline.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, gələn mövsüm isə avqustun 23-də başlanacaq.

Fransa Peşəkar Futbol Liqası belə qərar qəbul edib.

Digər idman yarışları kimi, Liqa 1 də koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.

29 turdan sonra ehtiyatda bir oyunu olan PSJ 68 xalla liderdir. İkinci pillədəki "Marsel" 12 xal geri qalır.