Çempionlar Liqası: "Bavariya"dan inamlı qələbə, "Barselona" heç-heçə etdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib.

“Çelsi” evdə “Bayern”ə 0:3 hesabı ilə uduzub. Digər görüşdə isə “Barselona” “Napoli”nin qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

“Çelsi” – “Bayern” - 0:3

Qollar: Serj Qnabri, 51, 54, Robert Levandovski, 76

Qırmızı vərəqə: Markos Alonso, 84 ("Çelsi")

Hakim: Kleman Topren

London. “Stemford Bridc”

“Napoli” – “Barselona” - 1:1

Qollar: Dris Mertens, 30 - Antuan Qrizmann, 57

Qırmızı vərəqə: Arturo Vidal, 89 ("Barselona")

Hakim: Feliks Brix

Neapol. “San Paolo”.