Çempionlar Liqası koronavirusa görə təxirə salındı

Afrika Futbol Konfederasiyası (CAF) koronavirus üzündən iki yarışı təxirə salıb.

Sportline.az CAF-nin rəsmi saytına istinadən xəbər verir, bunlar Çempionlar Liqası və Konfederasiya Kubokunun oyunlarıdır. Hər iki turnirin qarşılaşmalarının 1 - 3 may və 8 - 10 mayda keçirilməsi planlaşdırılırdı.

Oyunların yeni tarixi yaxın vaxtlarda açıqlanacaq.