Çempionlar Liqası: "Leyptsiq" "Tottenhem"i məğlub etdi, İspaniyada 7 qol

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

Qol.az xəbər verir ki, iki oyunda ilk 1/4 finalçılar bəlli olub. "Valensiya" "Mestalya"da "Atalanta"nı qəbul edib. İtaliyadakı görüşdə rəqibini 4:1 hesabı ilə məğllub edən "Atalanta" növbəti mərhələ üçün yaxşı şans qazanmışdı.

Günün digər matçında isə "Tottenhem" "Leyptsiq"in qonağı olub. Londonda 0:1 hesabı ilə uduzan Joze Mourinyonun komandası növbəti mərhələyə yüksəlmək üçün Almaniya səfərində mütləq qələbə qazanmalı idi.


10 mart

Çempionlar Liqası

1/8 final, cavab oyunları


00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) - 3:4
Qol: 
İliçiç, 3-pen (0:1), Qameyro, 21 (1:1), İliçiç, 43-pen (1:2), Qameyro, 51 (2:2), Fernan Torres, 67 (3:2), Yosip İliçiç, 71 (3:3), 82 (3:4)
İlk oyun – 1:4
Baş hakim:
 Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu

00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:0
Qollar: 
Sabitzer, 10 (1:0), 22 (2:0), Emil Forsberq, 87 (3:0)
İlk oyun – 1:0
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”
 

11 mart

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 1:2
Baş hakim:
 Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)
İlk oyun – 0:1
Baş hakim:
 Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”