Çempionlar Liqası üçün yeni plan

UEFA, Çempionlar Liqası və Avropa Liqasında mövsümün yekunlaşması üçün müxtəlif variantları gözdən keçirir.
 
Sportline.az xəbər verir ki, ali futbol qurumunun rəhbərliyi avrokubokları avqust ayında üç həftə ərzində yekunlaşdırmağı düşünür. İdeyanın həyata keçməsi üçün daxili çempionatlar iyun ayının ortalarından gec olmayaraq bərpa olunmalıdır.
 
Hazırda UEFA-nın bütün diqqəti ölkə çempionatlarına yönəlib. Əsas məqsəd liqalarda mövsümün başa çatdırılmasıdır.
 
Avqust ayında isə, qısa müddət ərzində ÇL və AL-in qaliblərini müəyyənləşdirmək mümkün sayılır.