Çempionlar Liqasında daha bir yenilik gözlənilir

UEFA Çempionlar Liqasının cari mövsümünün, qalan oyunları azarkeşsiz və neytral məkanlarda keçirə bilər. 

Sportline.az xəbər verir ki, səbəb Fransa hökumətinin ən az sentyabrın 1-dək ölkədə heç bir peşəkar futbol oyununa icazə verməməsidir. Plan baş tutsa, oyunlar Almaniya Bundesliqasındakı kimi sərt tədbirlər altında təşkil olunacaq. 

Fransanın baş naziri Eduar Filipp ölkə çempionatında cari mövsümün davam etdirilməyəcəyini bildirib. PSJ prezidenti Naser əl-Xəlayfi isə neytral  meydanda oynamağa hazır olduqlarını açıqlayıb.  

Qeyd edək ki, UEFA daha öncə Çempionlar Liqası və Avropa Liqasının qalan oyunlarının, avqustda keçiriləcəyini açıqlayıb.