Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, Marsel Zabitser (“Leyptsiq”), Yosip İliçiç (“Atalanta”), Xuan Bernat (PSJ) və Yan Oblak (“Atletiko”) ən yaxşı oyunçu adına namizədlərdir.

Qalib, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.