Çempionlar Liqasında həftənin futbolçusu

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holanddır.

Norveçli forvard, azarkeşlər arasında aparılan səsvermədə Renan Lodi ("Atletiko"), Hans Hatebur ("Atalanta") və Huqo Llorisi ("Tottenhem") qabaqlayıb.

Qeyd edək ki, 19 yaşlı futbolçu komandasının PSJ-ni 2:1 hesabıyla məğlub etdiyi matçda dubl edib.