Çempionlar Liqasında həftənin rəmzi komandası

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
 
Sportline.az xəbər verir ki, rəmzi heyətdə "Bavariya”dan 5 futbolçu yer alıb:
 
Qapıçı: Manuel Noyer ("Bavariya”)
Müdafiəçilər: Alfonso Deyvis, David Alaba (hər ikisi "Bavariya”), Leo Dubois, Marçal (hər ikisi "Lion”)
Yarımmüdafiəçilər: Lukas Tusar ("Lion”), Kevin de Brüyne ("Mançester Siti”), Serj Qnabri ("Bavariya”), İsko ("Real”)
Hücumçular: Robert Levandovski ("Bavariya”), Dris Mertens ("Napoli”).