Çempionlar Liqasında ilk dəfə

"Atalanta"nın hücumçusu Yosip İliçiç, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Valensiya" ilə görüşündə (3:4) 4 qola imza atıb.
 
Sportline.az Az xəbər verir ki, o, pley-off çərçivəsində, səfərdə poker edən ilk futbolçu kimi Çempionlar Liqasının tarixinə düşüb.
 
Qeyd edək ki, iki oyunun ümumi nəticəsinə görə "Valensiya"nı 8:4 hesabı ilə üstələyən "Atalanta" 1/4 finala yüksəlib.