Çempionlar Liqasının başlama tarixi

Koronavirus pandemiyasına görə dayandırılmış Çempionlar Liqasının və Avropa Liqası oyunlarının bərpa olunmasının mümkün tarixləri məlum olub.

Sportline.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” bildirib

Məlumata görə, Avropa Liqası oyunlarının 2-3 avqustda bərpa edilməsi planlaşdırılır. Çempionlar Liqası isə öz növbəsində 7-8 avqustda davam etdiriləcək.

Oyunlar hər üç gündən bir keçiriləcək. Daha əvvəl bildirilirdi ki, UEFA 29 avqustda Çempionlar Liqasının finalını keçirməyi planlaşdırır.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılması riskinə görə bütün dünyada kütləvi idman tədbirləri dayandırılıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.