Çempionlar Liqasının final matçına biletlər satışda

Mayın 30-u İstanbulda keçiriləcək Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki,  "Atatürk" Olimpiya Stadionunda keçiriləcək görüşün biletlərinin qiyməti 70-600 avro arasında dəyişir. Finalı canlı izləmək istəyən 6 mindən çox futbolsevər UEFA-nın rəsmi saytında martın 12-i Bakı vaxtı ilə saat 17:00-a qədər satışda olacaq biletləri ala biləcəklər.

Turnirdə finala yüksələcək komandaların azarkeşləri üçün isə ümimilikdə 40 min ədəd (hər biri üçün 20 min) bilet ayrılıb.

Ötənilki ÇL-in final ilə eyni qiymətə satıla biletlərin kateqoriyalara əsasən qiyməti aşağıda qeyd olunan kimidir:

4-cü kateqoriya: 70 avro

3-cü kateqoriya: 180 avro
2-ci kateqoriya: 450 avro
1-ci kateqoriya: 600 avro