Çempionlar Liqasının oyunları təxirə salındı

Futbol üzrə Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları təxirə salınıb.

Sportline.az Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, mart və aprel aylarına planlaşdırılan görüşlərin təxirə salınmasına səbəb koronavirus epidemiyasıdır. 

Qrup mərhələsinin qarşılaşmaları 19 - 24 mayda, pley-off oyunları isə avqustda olacaq.

Qeyd edək ki, daha öncə İran və Cənubi Koreya təmsilçilərinin turnirdəki görüşləri təxirə salınıb.