Çempionlar Liqasının oyunları təxirə salındı

Futbol üzrə Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli oyunları təxirə salınıb.
Sportline.az xəbər verir ki, bu qərar koronavirusla əlaqədardır.
 
 "Seul", "Ulsan", "Suvon" və "Çonbuk" komandalarının 3-4 mart tarixlərinə təyin olunan oyunları qeyri-müəyyən müddətədək təxirə salınıb. 
 
Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.