Çexiya millisi bu gün Bakıda olacaq

DÇ-2018-in təsnifat mərhələsindəki növbəti rəqibimiz - Çexiya seçməsi bu gün Bakı səfərinə çıxır. Karel Yarolimin komandası günün ikinci yarısında paytaxtımıza yola düşəcək. Çexiya futbolçuları oyunöncəsi son məşqini sabah Bakı Olimpiya Stadionunda keçirəcək.

Qeyd edək ki, oktyabrın 5-də olacaq Azərbaycan – Çexiya görüşü saat 20:00-da başlanacaq.