ÇL-də həftənin ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Sportline.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra bu ada 4 oyunçu namizəddir.

Bunlar Kevin De Bruyne (“Mançester Siti”), Serxio Buskets (“Barselona”), Serj Qnabri (“Bavariya”) və Ussem Ayadır (“Lion”). 

Həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.