ÇL finalı üçün yeni təklif

UEFA Çempionlar Liqasının finalı iyulun sonu və ya avqustun əvvəlində keçirilə bilər.

Sportline.az xəbər verir ki, bu barədə "A Spor"a açıqlamasında Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yardımcı deyib.

Onun sözlərinə görə, İstanbuldakı həlledici qarşılaşma ilə bağlı bu gün UEFA rəhbərliyi ilə videokonfrans keçiriləcək.

Qeyd edək ki, UEFA 2 gün əvvəl avrokubok oyunlarının qeyri-müəyyən müddətədək təxirə salındığını açıqlayıb.