CSKA-"Zenit": Seriyada hesab bərabərləşdi
VTB Basketbol Liqasının yarımfinal mərhələsində CSKA "Moskva" seriyanın 4-cü oyununda "Zenit"lə qarşılaşıb.
Sportline.az xəbər verir ki, görüş Sankt-Peterburq təmsilçisinin qələbəsi ilə yekunlaşıb.91-73.
Bu nəticədən sonra seriyada bərabərlik var.2-2.
Oyunun ən yaxşı basketbolçusu 11 xal, 9 ribaund, 1 asistlə Cin-Şarles olub.
Qeyd edək ki, seriyanın 5-ci oyunu mayın 5-də Sankt Peterburqdə keçiriləcək.