Dadaşov Amerikada növbəti oyuna çıxdı

ABŞ-ın “Feniks Rizinq” klubu “Visit Tucson Sun Cup” turnirində növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi komanda “Real Salt Lake” ilə üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb.

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Bu nəticədən sonra 6 xala malik “Feniks Rizinq” ikinci yeri tutub. “Kolambus Kryu” isə 7 xalla birinci olub.