Daha bir futbolçu milliləşdirildi
19 yaşadək futbolçulardan ibarət milliyə yeni futbolçu cəlb olunub.
Söhbət "Hoffenhaym”ın müdafiəçisi Kaan Özkayadan gedir.
Yeni milliləşdirilən 18 yaşlı oyunçu "Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında "Hoffenhaym”ın U-17 komandasından U-19-una yüksəlib. Onun Almaniya klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.
Qeyd edək ki, U-19 millimiz fevralın 22-dən 28-dək Bakıda təlim-məşq toplanışında olacaq.