Daha bir İspaniya klubunda maaşlar azaldı

İspaniyanın "Selta" klubu maaşların azaldılması ilə bağlı futbolçular və işçilərlə razılığa gəlib.

Sportline.az Viqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu addım koronavirus pandemiyasının səbəb olduğu maliyyə böhranını yumşaltmaq məqsədilə atılıb.

Klubun açıqlamasında bildirilib ki, futbolçularla yanaşı, məşqçilərin, həkimlərin və rəhbərliyin də məvacibləri azaldılacaq. Məbləğlə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, İspaniya çempionatı qeyri-müəyyən tarixədək təxirə salınıb. Daha əvvəl "Barselona", "Atletiko" və "Real Madrid" klubları futbolçuların məvacibini azaldıb.