Daha bir klubumuzun fəaliyyəti dayandı

“Sabah” fəaliyyətini müvəqqəti dayandırıb.

Sportline.az xəbər verir ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsi ilə bağlı nazirlər kabineti yanında operativ qərargahın verdiyi qərarla əlaqədar olaraq, “Sabah” klubu əsas, əvəzedici və akademiya komandalarının məşqlərini müvəqqəti olaraq saxlayıb.

Atılmış bu addım kollektivin sağlamlığı nəzərə alınaraq, infeksiyaya yoluxmaq riskinin azaldılmasına hesablanıb.