Daha bir ölkədə futbol çempionatı start götürür

Tacikistanda ölkə çempionatı başlanır. 
 
Sportline.az xəbər verir ki, ölkənin futbol federasiyasının rəsmi saytı, yeni mövsümə aprelin 5-də start veriləcəyini açıqlayıb.
 
Tacikistan Futbol Federasiyası oyunların azarkeşsiz keçiriləcəyini bəyan edib.
 
Rəsmi açıqlamalara görə, Tacikistanda hələlik koronavirusa yoluxma halı qeydə alınmayıb.