Daha bir ölkədə futbol həyəcanı başladı

Bu gün futbol üzrə Tacikistan çempionatında yeni mövsümə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Xatlon” “İstaravşan”ı 2:1 hesabı ilə məğlub edib. “Kuktoş” – “Reqar TadAZ” (0:0) və “Lokomotiv” (Pamir) – “Fayzkand” (2:2) oyunlarında qalib müəyyənləşməyib. İlk turun qalan iki oyunu isə aprelin 8-də keçiriləcək.

Tacikistan Futbol Federasiyasının qərarı ilə oyunlar azarkeşsiz keçirilir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Tacikistandan başqa, hazırda yalnız Belarus, Burundi və Nikaraquada futbol yarışları davam etdirilir.