Daha bir ölkədə futbol liqası bərpa olunur
Türkmənistanda futbol çempionatı bərpa olunur.
Sportline.az xəbər verir ki, ölkənin Futbol Federasiyası yerli liqanın aprelin 19-dan davam etdiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Türkmənistanda yeni mövsüm martın 6-da başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.
Rəsmi məlumata əsasən, bu ölkədə COVİD-19 virusu aşkar edilməyib. “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı bildirir ki, Türkmənistanda “koronavirus” sözünün işlənməsinə qadağa qoyulub.
Əlavə edək ki, hazırda Belarus, Burundi, Nikaraqua, Tacikistan və Myanmada yerli çempionatlar davam etdirilir.