Daha bir "Qarabağ"lı millidə

“Qarabağ”ın daha bir futbolçusu milli komandaya dəvət alıb. Sportline.az xəbər verir ki, yeni transferlərdən olan Vild-Donald Gerrye Haiti seçməsinə çağırılıb. O, “Kirin Kuboku” çərçivəsində Yaponiya ilə keçiriləcək oyunda meydana çıxa bilər. Qarşılaşma oktyabrın 10-da Yokohamada olacaq. Xatırladaq ki, “Qarabağ”ın digər üzvlərindən  Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Rahid Əmirquliyev, Mahir Mədətov, Əfran İsmayılov və Ramil Şeydayev Azərbaycan, İbrahim Şehiç Bosniya və Herseqovina, Ansi Aqolli Albaniya, Tarik Elyunussi Norveç, Dino Ndlovu isə CAR millisinə dəvət alıb.