Daha bir qurum koronavirusla mübarizəyə dəstək oldu

UEFA Uşaq Fondu koronavirusun yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcək.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum “Common Goal” xeyriyyə hərəkatına dəstək olacağını açıqlayıb.

Bu təşəbbüs hərbi əməliyyatlar zonasında yaşayan və pandemiyadan ən çox əziyyət çəkən uşaqlara xeyriyyə yardımı məqsədi daşıyır.