Daha bir ulduz İtaliyadan getdi

Koronavirus pandemiyasına görə “Yuventus”un fransalı futbolçusu Adrien Rabyoölkəsinə qayıdıb.

Qol.az xəbər verir ki, bu barədə “Football İtalia” saytı məlumat yayıb. “Yuventus”un Rabyoya Fransaya qayıtması üçün icazə verdiyi bildirilib.

Qeyd edək ki, “Yuventus”da daha əvvəl Kriştiano Ronaldo Portuqaliyaya, Duqlas Kosta Brazliyaya, Qonsalo İquain Argentinaya, Miralem Pyaniç Bonsiya və Herseqovinaya, Sami Xedira isə Almaniyaya qayıtmışdı.