Daha bir vacib oyun təxirə salındı

İtaliya kubokunun yarımfinalının, “Yuventus”la “Milan” arasında keçirilməli olan cavab oyunu təxirə salınıb.

Sportline.az xəbər verir ki, İtaliyada koronavirusun sürətlə yayılması səbəbindən yerli futbol federasiyası görüşü  təxirə salıb. Hələlik matçın hansı tarixdə keçiriləcəyi bilinmir.

Komandaların Milandakı ilk oyununda heç-heçə qeydə alınmışdı - 1:1.
 
Xatırladaq ki, koronavirus epidemiyasına görə A Seriyasının da bir neçə oyunu təxirə salınıb.