"Dallas" 1/4 finalda, "Orlando"-"Klivlend" cütündə seriya 7-ci oyuna uzanıb

NBA-də pley-off mərhələsinin oyunları bugün keçirilən 2 oyunla davam etdi.

Sportline.az xəbər verir ki, "Dallas Mevriks" ev sahibi olduğu oyunda "Los Anceles Klippers"i 114-101 hesabı ilə məlub edərək 1/4 finala yüksələn 7-ci komanda olub.(Ümumi hesab 4-2). Matçın ən məhsuldar oyunçusu 30 xal, 6 ribaund, 4 asistlə Kayri İrvinq seçilib.

Günün digər maraqlı oyununda "Orlando Mecik" seriyanın 6-cı oyununda "Klivlend Kavaliers"lə münasibətləri aydınlaşdırıb. Matç 103-96 hesabı ilə "Orlando"nun xeyrinə yekunlaşıb və seriyada hesab bərabərləşib.3-3. Bu görüşün ən yaxşı basketbolçusu 50 xal, 4 ribaund, 4 asistlə Donovan Mitçel olub.

Qeyd edək ki, 1/4 finala yüksələn "Dallas Mevriks"in rəqibi "Oklohoma Siti Tander" olacaq.