David De Xeya "Mançester Yunayted"ə qayıda bilər
Qapıçı David de Xea "Mançester Yunayted"ə yenidən qoşula bilər.
Sportline.az xəbər verir ki, İngiltərə təmsilçisi 34 yaşlı qolkiperi komandaya qaytarmaq ehtimalını dəyərləndirir.
Məlumata əsasən, De Xeanın müqaviləsində onun nisbətən az məbləğ qarşılığında "Mançester Yunayted"ə transfer olunmasına şərait yaradan xüsusi bir maddə yer alıb. Hazırda De Xea İtaliyanın "Fiorentina" klubunun formasını geyinir.
Xatırlatma: İspan qolkiper 2011–2023-cü illər ərzində “qırmızı şeytanlar”ın heyətində çıxış edib. Bu dövrdə o, ümumilikdə 545 oyunda iştirak edib və 190 matçda qapısını qolsuz saxlayıb.