DÇ-2018-in talismanı nə olacaq?

2018-ci il dünya çempionatının talismanı maraqla gözlənilir. SportLine.az xəbər verir ki, sentyabrın 23-də təqdim olunacaq namizədlər pələng, canavar və pişikdir. Təqdimatdan dərhal sonra başlanacaq səsvermə oktyabrın 21-də yekunlaşacaq. Xatırladaq ki, 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.