DÇ: Daha 4 güləşçimiz mübarizəyə qoşulur

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayacaq. Coşqun Əzimov (70 kq) təsnifat mərhələsində Temulen Enktuya (Monqolustan) ilə üz-üzə gələcək. Əşrəf Aşırov (79 kq) 1/16 finalda Erik Reinbokla (Estoniya) görüşəcək. Abubakr Abakarov (86 kq) təsnifat mərhələsində Həsən Zəkəriyevlə (Ukrayna), Aydın Əhmədov isə (125 kq) eyni raundda Den Çjiveylə (Çin) qarşılaşacaq.

Həmçinin qadın güləşçimiz Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda görüşdə Georgieva Nikolova (Bolqarıstan) - Alina Akobia (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.