DÇ-nin bu oyunları da təxirə salındı

2022-ci ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsinin oyunları təxirə salınıb.

Sportline.az xəbər verir ki, koronavirusun yayılmasına görə martın sonunda keçirilməsi nəzərdə tutulan seçmə mərhələnin oyunları qeyri-müəyyən vaxta təxirə salınıb.

FIFA daha öncə epidemiyaya görə DÇ-2022-nin Asiya üzrə seçmə mərhələsinin oyunlarının təxirə salınmasına qərar vermişdi.