DÇ: Qadın güləşçilər mübarizəyə başlayır
Bu gün Azərbaycanın üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
Sportline.az xəbər verir ki, Şəhanə Nəzərova (55 kq) 1/8 final mərhələsində Yui Susaki (Yaponiya) ilə, Elnurə Məmmədova (55 kq) təsnifatda Andrea Beatrislə (Moldova), Jalə Əliyeva (59 kq) 1/8 finalda Mansi Mansi (Hindistan) ilə üz-üzə gələcək.
Bu gün həmçinin yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) və Qurban Qurbanov (72 kq) final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda müvafiq olaraq Kerem Kamal (Türkiyə) və Pavel Puklavetslə (Serbiya) güləşəcəklər.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medal qazanıb.