DÇ: Sərbəst güləşçilərimizin ilk rəqibləri bilindi
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.
Sportline.az xəbər verir ki, təmsilçilərimizin də ilk rəqibləri müəyyənləşib.
57 kq
Təsnifat. Əliabbas Rzazadə - Kim Sonqvon (Cənubi Koreya)
61 kq
1/8 final. İslam Bazarqanov - Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi
65 kq
1/8 final. Hacı Əliyev - Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) cütünün qalibi
70 kq
Təsnifat. Coşqun Əzimov - Temulen Enktuya (Monqolustan)
74 kq
1/16 final. Turan Bayramov - Miroslav Kirov (Bolqarıstan)
79 kq
1/16 final. Əşrəf Aşırov - Erik Reinbok (Estoniya)
86 kq
Təsnifat. Abubakr Abakarov - Həsən Zəkəriyev (Ukrayna)
92 kq
1/8 final. Osman Nurməhəmmədov - Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi
97 kq
1/8 final. Maqomedxan Maqomedov - Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi
125 kq
Təsnifat. Aydın Əhmədov - Den Çjivey (Çin)
Qeyd edək ki, dünya çempionatında sərbəst güləş yarışları sentyabrın 15-də start götürəcək. İlk gündə Əzimov, Aşırov, Abakarov və Əhmədov mübarizə aparacaq. Sentyabrın 16-da Rzazadə, Bayramov və Nurməhəmmədov, 1 gün sonra isə Bazarqanov, Əliyev və Maqomedov xalça üzərinə çıxacaq.