De Yonq "Barselona"da qalmaq fikrində qətidir
"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq klubda qalmaq fikrində qətidir.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi klubu ilə yeni müqavilə imzalamaq istəyir.
De Yonqun "Barselona" ilə hazırkı sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, sözü gedən futbolçunun dəyəri 45 milyon avrodur.