Dibala sevgilisi ilə birgə koronavirusa yoluxdu
"Yuventus"un hücumçusu Paulo Dibala və sevgilisi Oriana Sabatini koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, 26 yaşlı hücumçu testlərin nəticəsinin müsbət olduğunu sosial şəbəkə hesabında paylaşıb: "Testlərin nəticəsi müsbət çıxdı. Xoşbəxtlikdən indi əlayıq. Hər birinizə dəstək üçün təşəkkür edirik!"
Daha əvvəl "Yuventus"da müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Blez Matyuidi koronavirusa yoluxmuşdu.