Dibala və sevgilisində yenidən koronavirus aşkarlandı

"Yuventus"un futbolçusu Paulo Dibala və sevgilisi Oriana Sabatinidə yenidən koronavirus aşkarlanıb.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, onların bir neçə gün əvvəl testlərinin cavabı mənfi çıxsa da, növbəti test müsbət olub. Dibala və sevgilisinin yenidən karantinə alındığı bildirilib.

Qeyd edək ki, Dibalada koronavirus ilk dəfə martın 21-i aşkarlanıb.