Dibaladan da pis xəbər gəldi: Koronavirusa yoluxub

"Yuventus"un hücumçusu Paulo Dibala koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, argentinalı hücumçunun testləri pozitiv çıxıb. Turin klubunun 121 əməkdaşı karantinə alınıb. Klub prezidenti Andrea Anyelli də karantinə alınanlar arasındadır.

Daha öncə "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə virus tapılmışdı.