Dibala "qoca senyora" ilə sövdələşdi

İtaliyanın "Yuventus” klubu, argentinalı Paulo Dibala ilə müqaviləni yeniləyib.

Sportline.az  xəbər verir ki, turinlilər hücumçu ilə razılıq əldə ediblər.

Tərəflər arasındakı mövcud sözləşmə 2022-ci ilə qədər idi.

Yeni müqavilənin müddəti daha 3 il uzadılıb. Razılaşma ilə bağlı rəsmi açıqlamanın koronavirus pandemiyasından sonra veriləcəyi bildirilir.