Diomande üçün İngiltərədən təklif var
"Kristal Pelas" "Sportinq"in afrikalı futbolçusu Ousman Diomandeni heyətinə qatmaq niyyətindədir.
Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu üçün London klubu 45 milyon avro ödəməyə hazırdır.
Diomande "Kristal Pelas"da çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, gənc futbolçu ötən mövsüm meydana çıxdığı 46 matçda 2 qolla yadda qalıb.