Dünya çempionatı 2022-ci ildə təşkil oluna bilər

Koronavirus pandemiyasına görə təxirə salınan klublararası dünya çempionatı 2022-ci ildə keçirilə bilər.

Sportline.az xəbər verir ki, FIFA təşkil edəcəyi yarışı həmin vaxta salmağı planlaşdırır.

Klubların dünya çempionatı 2021-ci ilin 17 iyun-4 iyul tarixlərinə nəzərdə tutulmuşdu. AVRO-2020-nin növbəti ilə təxirə salınması yarışın vaxtının dəyişməsinə səbəb olub.