Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Ken Matsui ilə qarşılaşıb.

Ötən il böyüklər arasında dünya çempionu olmuş rəqibinə 8:0 hesabı ilə qalib gələn Quluzadə həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda iranlı Poya Marzla qüvvəsini sınayacaq.

63 kq-da çıxış edən Ziya Babaşov isə yarımfinalda iranlı İman Hussein Xan Məhəmmədiyə 1:5 hesabı ilə uduzub. O, 3-cü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir) - Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə görüşəcək.

130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə ukraynalı Mixail Vişnivetski ilə dueldən məğlub ayrılıb - 3:6. Azərbaycan təmsilçisi 3-cü yer uğrunda görüşə çıxacaq. Onun rəqibi Əliəkbər Yusufiəhmədçali (İran) – Marin Nişimura (Yaponiya) görüşünün qalibi olacaq.

Qeyd edək ki, medal qarşılaşmaları oktyabrın 18-də keçiriləcək.