Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Sportline.az xəbər verir ki, 65 kq-da Zirəddin Bayramov və 70 kq çəki dərəcəsində Kənan Heybətov qızıl medal görüşlərinə çıxacaqlar.

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, özbəkistanlı Umidcan Cəlalov və ABŞ təmsilçisi Miçel Mesenbrinklə üz-üzə gələcəklər.

Qeyd edək ki, final görüşləri avqustun 16-da baş tutacaq.