Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır
Azərbaycanın daha üç sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə start verəcək.
Sportline.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Oşanda Samaradivakara ilə (Şri-Lanka), 74 kq-dakı Xadjimurad Qadjiyev eyni raundda Sebastyan Rodrigeslə (Kolumbiya) üz-üzə gələcək.
125 kq-da yarışan Vaxit Qalayev 1/8 finalda Georgi İvanovun (Bolqarıstan) müqavimətini qırmağa çalışacaq.
Bu gün həmçinin 57 kq-dakı Tofiq Əliyev təsəlliverici görüşdə Kamil Kərimovla (Ukrayna), 70 kq-dakı Kənan Heybətov Lahiru Vadige ilə (Şri-Lanka) qarşılaşacaq. 97 kq-dakı İslam İlyasov bürünc medal uğrunda Mucahit Çelik (Türkiyə) / Andro Marqişvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.